NATO Kosovada geri çəkilir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, proses Mitrovitsada başlayıb.
KFOR İbre çayı üzərindəki əsas körpüdə hərbi varlığını mərhələli şəkildə azaldır. Bu körpü şəhərin albanların yaşadığı cənub və serblərin yaşadığı şimal hissələrini ayırır. KFOR bunun Kosovadan tam çəkilmək anlamına gəlmədiyini bildirib. Körpüdə təhlükəsizliyin sonrakı mərhələdə Kosovo polisi tərəfindən təmin edilməsi planlaşdırılır.
//Nəzər.Media
