Rumıniyada nüvə stansiyası fəaliyyəti dayandırılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, səbəb ölkədəki quraqlıq olub.
Quraqlıq səbəbindən Dunay çayında suyun səviyyəsi kəskin azalıb. Bu səbəbdən Çernavoda Atom Elektrik Stansiyasının hər iki enerji bloku fəaliyyətini dayandırıb. Stansiya normal vaxtda ölkənin elektrik ehtiyacının təxminən 20 faizini qarşılayırdı. Su səviyyəsinin azalması səbəbindən stansiyanın soyutma sistemi üçün kifayət qədər su təmin etmək mümkün olmayıb.
//Nəzər.Media
