Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünə start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Bayquşlar”la “sarı göylər”in matçını Fərid Hacıyev idarə edəcək.Artıq komandaların start heyətləri məlumdur:
“Sabah”ın start heyəti:
95. Rəvan Mirzəmmədov(GK)
17. Tellur Mütəllimov (C)
6. Abdulax Xaybulaev
11. Kahim Parris
33. Junior Almeyda
99. Patrik Mbina
88. Rodriqo Fernandeş
4. Eyden Makkarti
23. Yunes Laşaab
8. Kristian Nvaçukvu
35. Cafet Bulus
“Sabah”ın ehtiyat oyunçuları:
92. Stas Pokatilov(GK)
12. Rauf Əyyubov
10. Aleksey İsayev
5. Rəhman Daşdəmirov
16. Rauf Rüstəmli
20. Coy Lens Mikels
80. Akim Zedadka
3. Stiv Solvet
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
34. Ksander Severina
7. Umarali Raxmonaliyev
“Sabah”ın baş məşqçisi:Valdas Dambrauskas
“Kəpəz”in start heyəti:
1. Rojerio Santos(GK)
34. Urfan Abbasov
7. Namik Ələskərov
99. Əli Səmədov (C)
29. Dioqo Verdaska
9. Kennet Kalunqa
21. Azuma Abubakar
11. Viktor Stina
3. Mahamadu Ba
14. Adama Fofana
4. Mate Abuladze
“Kəpəz”in ehtiyat oyunçuları:
94. Rəşad Əzizli(GK)
81. Elgün Bayramov(GK)
6. Vadim Abdullayev
20. Rafael Məhərrəmli
8. Şakir Seyidov
77. Nicat Nəmmədov
5. Hüseyn Babayev
17. Ümid Səmədov
2. Arzu Atakişiyev
70. Şahnur İsmayılov
23. Raul İsaqov
“Kəpəz”in baş məşqçisi:Azər Məmmədov
Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “SOCAR Polymer Arena”da “Neftçi”ni qəbul edəcək. “Kimyaçılar”la “ağ-qaralar”ın görüşünü Kamal Umudlu idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İK stadionunda” “Şəfa”nı qəbul edəcək. “Mavi qartallar”la Bakı təmsilçisinin görüşünü Elvin Bayramov idarə edəcək.
Bazar ertəsi günü bir qarşılaşma baş tutacaq.
Turun sonuncu qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Köhlən atlar”la “şirlər”in görüşünü Rəvan Həmzəzadə idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının I turuna dünən start verilib.
Mövsümün, turun ilk oyununda “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. “Boz qurdla” “qırmızı-qaralar”ın oyununu Tural Qurbanov idarə edib. Matç 1:0 “Turan Tovuz”un xeyrinə başa çatıb.
. “Turan-Tovuz” “Qəbələ”
. 1 0
. 35.Enrike Silva(1:0)
