Qəbələdə qalib müəyyənləşmədi-YENİLƏNİB-2
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünə start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Qəbələ şəhər stadionu”nda “İmişli”ni qəbul edib. Muxtar Respublika təmsilçisi ilə “pələnglər”in görüşünü Əliyar Ağayev idarə edib. Görüş başladığı hesabla bittib.
. “Araz-Naxçıvan” “İmişli”
. 0 0
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Bayquşlar”la “sarı göylər”in matçını Fərid Hacıyev idarə edəcək.
Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “SOCAR Polymer Arena”da “Neftçi”ni qəbul edəcək. “Kimyaçılar”la “ağ-qaralar”ın görüşünü Kamal Umudlu idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İK stadionunda” “Şəfa”nı qəbul edəcək. “Mavi qartallar”la Bakı təmsilçisinin görüşünü Elvin Bayramov idarə edəcək.
Bazar ertəsi günü bir qarşılaşma baş tutacaq.
Turun sonuncu qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Köhlən atlar”la “şirlər”in görüşünü Rəvan Həmzəzadə idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının I turuna dünən start verilib.
Mövsümün, turun ilk oyununda “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. “Boz qurdla” “qırmızı-qaralar”ın oyununu Tural Qurbanov idarə edib. Matç 1:0 “Turan Tovuz”un xeyrinə başa çatıb.
. “Turan-Tovuz” “Qəbələ”
. 1 0
. 35.Enrike Silva(1:0)
