Yunanıstanda Qərbi Nil virus yayılır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ölkədə 110 yoluxma qeydə alınıb.
Onlardan 81-də sinir sistemi əlamətləri müşahidə olunub. Yoluxmalar 39 bələdiyyədə aşkarlanıb. Mütəxəssislər artımın davam edəcəyi halda 2026-cı ilin çətin keçə biləcəyini bildiriblər. Sakinlərə ağcaqanadlardan qorunmaq tövsiyə olunub.
//Nəzər.Media
