Moskva-Dəməşq reysi bərpa olunub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, uçuş 1,5 il sonra həyata keçirilib.
Suriya Hava Yollarına məxsus təyyarə Moskvadan havaya qalxıb. Təyyarə təxminən 4 saat 50 dəqiqə sonra Dəməşqə enib. Suriya rəsmiləri bu xəttin yenidən açılmasını mühüm hadisə adlandırıb. Şirkət gələcəkdə Avropanın 4 şəhərinə də uçuşlar başlatmağı planlaşdırır.
//Nəzər.Media
