Ekran görüntüsü unutqanlığı artıra bilər. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bunu yeni araşdırma göstərib.
Binghamton Universitetinin alimləri ekran görüntüsü alınan məlumatların daha çətin xatırlandığını müəyyən edib. Tədqiqatçılar bunun diqqətin yayınması ilə bağlı ola biləcəyini bildiriblər. Onlar məlumatı yadda saxlamaq üçün ekran görüntüsü əvəzinə qeyd aparmağı məsləhət görürlər.
//Nəzər.Media
