Yunanıstan Patriotları köçürür. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə yunan mətbuatı yazıb.
Məlumata görə, hava hücumundan müdafiə sistemi Kerpe adasından Krit adasına aparılır. Bildirilir ki, məqsəd Suda hərbi bazasının müdafiəsini gücləndirməkdir. Qərarın Yaxın Şərqdə artan gərginlik fonunda verildiyi qeyd olunur.
//Nəzər.Media
