İran yeni qərar qəbul edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yeni qərara əsasən hörmüzdən keçən gəmilərdən ödəniş alınacaq.
İran parlamentinin komissiyası Hörmüz boğazından keçən gəmilərdən xidmət haqqı tutulmasını nəzərdə tutan maddəni qəbul edib. Ödənişlər dənizçilik, yanacaq, sığorta və təhlükəsizlik xidmətlərinə görə alınacaq. Qərarın beynəlxalq hüquq və dəniz nəqliyyatı qaydaları çərçivəsində tətbiqi nəzərdə tutulur.
//Nəzər.Media
