Qvineyada faciə baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə paytaxt Konakrində baş verib.
Paytaxtın Dar-es-Salam zibilxanasında güclü yağışdan sonra torpaq və zibil kütləsi uçub. Uçqun zamanı 30 nəfər ölüb. Hadisə zamanı 22 nəfər yaralanıb, onlardan 6-nın vəziyyəti ağırdır. Axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağından ehtiyat edilir.
//Nəzər.Media
