İran xəbərdarlıq edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, rəsmi Tehran Neft ixracını dayandıra biləcəyini açıqlayıb.
Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzayi iqtisadi müharibə davam edərsə, Hörmüz boğazından və Bəsrə körfəzindən neft ixrac edilməyəcəyini bildirib. O, İrana qarşı iqtisadi təzyiqləri dəstəkləyən ölkələrin mövqeyini “müharibə addımı” kimi qiymətləndirəcəklərini deyib. Rzayi həmin ölkələrə qarşı münasibətin də buna uyğun olacağını vurğulayıb.
//Nəzər.Media
