Haitidə silahlı hücum olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücum paytaxt Port-o-Prensin şərqindəki Kenskoff qəsəbəsində baş verib.
“Viv Ansanm” adlı qanunsuz silahlı dəstə evləri yandırıb və çox sayda insanı qaçırıb. Hücüm zamanı 43 nəfər öldürülüb. Təhlükəsizlik qüvvələri hücumu dəf etdikdən sonra bölgədə əməliyyatları davam etdirib.
//Nəzər.Media
