Zelenski Rusiyaya meydan oxudu. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Zelenski Ukraynanın Putinə təslim olmayacağını bildirib.
Ukrayna lideri müharibənin Rusiya Prezidenti Vladimir Putinin istədiyi kimi başa çatmayacağını deyib. Zelenski Rusiyanın yeni qüvvələrlə hücuma keçə biləcəyini, lakin Ukraynanın bundan çəkinmədiyini vurğulayıb. Bu arada Britaniya Ukraynada “Storm Shadow” raketlərinin istehsalı üçün texniki məlumatların ötürülməsinə icazə verib.
//Nəzər.Media
