ABŞ hökuməti sığınacaq üçün müraciət edən 200 minə yaxın şəxsin vizasını ləğv etməyə hazırlaşır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, söhbət 2016-2026-cı illərdə verilmiş B1 və B2 vizalarından gedir.
Bu şəxslərin iş və turizm məqsədli vizalarını itirəcəyi bildirilir. ABŞ Dövlət Departamenti məsələ ilə bağlı Daxili Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir. Qeyd olunur ki, vizası ləğv edilənlər dərhal ölkədən çıxarılmayacaq.
//Nəzər.Media
