Oman sahillərində neft tankerinə hücum edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Əş-Şişa bölgəsindən təxminən 16,6 kilometr şimal-şərqdə baş verib.
Gəmiyə dəyən naməlum cisim mühərrik bölməsinə ciddi ziyan vurub. Zərbə səbəbindən tanker hərəkət imkanını itirib. Gəmidəki heyətin təhlükəsiz olduğu bildirilib. Hadisə ilə bağlı araşdırma başlanıb və bölgədəki gəmilərə ehtiyatlı hərəkət etmək çağırışı edilib.
//Nəzər.Media
