Polşa hökuməti “Meta”nı dələduzluqdan gəlir əldə etməkdə ittiham edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, dələduzlar prezident Karol Navrotskinin süni intellektlə hazırlanmış saxta görüntüsündən istifadə ediblər.
Həmin görüntülərlə “Facebook”da yüksək qazanc vəd edən saxta investisiya platforması reklam olunub. Polşanın rəqəmsal işlər naziri Krisztof Qavkovski “Meta”nın bu cür reklamların qarşısını ala biləcəyini bildirib. “Meta” isə saxta paylaşımları sildiyini və dələduzluğa qarşı yerli qurumlarla işlədiyini açıqlayıb.
//Nəzər.Media
