Danimarkanın Baş naziri Mette Frederiksen görünüşü ilə bağlı tənqidlərə cavab verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Ukraynadan qayıtdıqdan sonra bir həkim ona burnunu estetik əməliyyat etdirməyi təklif edib.
Frederiksen isə öz bədənindən razı olduğunu bildirib. O, qadınlara görünüşlərini olduğu kimi qəbul etməyi tövsiyə edib. Baş nazir insanlardan görünüşü əvəzinə daha vacib məsələlərə diqqət yetirmələrini istəyib.
//Nəzər.Media
