İran və Oman Hörmüz boğazı ilə bağlı bir sıra razılaşmalara gəlib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tərəflər boğazdakı paylarını müəyyənləşdirib.
Bu barədə İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühəbbinin məlumat verib. Tərəflər gəlirlərdən əldə olunacaq paylarla bağlı da razılaşıb. İran boğazın açılmasının ABŞ-ın müəyyən şərtləri qəbul etməsindən asılı olduğunu bildirib. Tehran şərtlər qəbul edilməsə, boğazın açılmayacağını açıqlayıb.
//Nəzər.Media
