Nepalda güclü daşqın baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Rasuva bölgəsində baş verib.
Təbii fəlakət nəticəsində ilkin məlumata görə, 95 nəfər ölüb. Bölgədə çalışan 60 işçidən də xəbər alınmır. Tibetə səfər etməyə hazırlaşan 384 zəvvarla əlaqə kəsilib. Axtarış-xilasetmə işləri davam edir.
//Nəzər.Media
