ABŞ Prezidenti Donald Tramp İranın danışıqlara qayıtması üçün vaxt müəyyən etməyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp Tehranla bağlı tələsmirəm deyib.
O, ABŞ-ın İrana qarşı münaqişəni başa çatdırmaq üçün danışıqları gözlədiyini bildirib. Tramp İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu da qeyd edib. Onun sözlərinə görə, Tehran nə qədər gec danışıqlara qayıtsa da, bunun üçün müəyyən edilmiş vaxt yoxdur.
//Nəzər.Media
