Almaniyanın Frankfurt hava limanında 6 əməkdaşın malyariyaya yoluxduğu açıqlanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onlardan 2-si xəstəlik səbəbindən həyatını itirib.
Digər 4 nəfərin vəziyyətinin yaxşı olduğu bildirilib. Mütəxəssislər xəstəliyin təyyarə ilə Almaniyaya gələn ağcaqanadlardan yayıldığını ehtimal edir. Hava limanında ağcaqanadlar üçün tələlər qurulub və nümunələr araşdırılır.
//Nəzər.Media
