İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın yeni sanksiyalarını tənqid edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Ərəqçi bununla bağlı BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərib.
Əraqçi sanksiyaların müstəqil ölkələrə təzyiq göstərdiyini bildirib. O, bu addımların İranla qanuni iqtisadi əlaqələrə mane olduğunu deyib. Nazir BMT-dən ABŞ-ın birtərəfli sanksiyalarını pisləməyi istəyib.
//Nəzər.Media
