ABŞ Qida və Dərman İdarəsi mədəaltı vəzi xərçənginə qarşı yeni dərmanı təsdiqləyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, “Razonque” adlı dərman xərçəng hüceyrələrinin böyüməsində rol oynayan KRAS genini hədəfləyir.
Araşdırmada dərmanı qəbul edən xəstələrin orta yaşam müddəti 13 ay olub. Bu göstərici kimyaterapiya alan xəstələrdə 6 ay təşkil edib. Mütəxəssislər dərmanı mədəaltı vəzi xərçənginin müalicəsində mühüm yenilik kimi qiymətləndirirlər.
//Nəzər.Media
