ABŞ Qida və Dərman İdarəsi (FDA) Alzheimer xəstəliyinin aşkarlanmasına kömək edən yeni qan testini təsdiqləyib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istianadən xəbər verir ki, “PrecivityAD2” adlı test qandakı zülalları ölçərək beyində amiloid yığılmasını müəyyən edir.
Araşdırmada test yüksək dəqiqlik göstərib. Test yaddaş və düşünmə problemləri olan 40 yaşdan yuxarı şəxslərin müayinəsində istifadə ediləcək. Yeni testin daha çətin müayinə üsullarına alternativ olması gözlənilir.
//Nəzər.Media
