• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan oxatanları beynəlxalq turniri 4 kateqoriyada 7 medalla başa vurdular

27 Avqust, 26 / 23:41
A A
Azərbaycan oxatanları beynəlxalq turniri 4 kateqoriyada 7 medalla başa vurdular

​23-27 avqust tarixlərində Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən Xatuna Narimanidze adına III Beynəlxalq Oxatma Turniri başa çatıb. Təntənəli mükafatlandırma mərasimi ilə yekunlaşan beynəlxalq turnirdə Azərbaycanın gənc idmançıları yüksək nəticələr göstərərək 5 gümüş və 2 bürünc medal qazanıblar.
​Azərbaycan daxil olmaqla ümumilikdə 9 ölkədən (Gürcüstan, ABŞ, Ermənistan, Litva, Latviya, Qazaxıstan, Qırğızıstan, Tacikistan) 103 oxatanın mübarizə apardığı mötəbər yarışda idmançılarımız uğurlu çıxışları ilə diqqət çəkiblər. U-15 kateqoriyasında 40 metr məsafədə fərdi yarışan Hüseyn Məhərrəmov Qazaxıstan təmsilçisi ilə gərgin mübarizənin sonunda turnirin gümüş medalına sahib olub. U-18 kateqoriyasında 60 metr məsafədə oğlanlar arasında komanda yarışında çıxış edən Nurlan Rəhimli və Sərdar Vəliyev cütlüyü Qazaxıstan təmsilçiləri ilə qarşılaşmada gümüş medal əldə ediblər. Eyni kateqoriyada qarışıq komanda növündə 60 metr məsafədə mübarizə aparan Sərdar Vəliyev və Yağmur Qurbanlı Qazaxıstan oxatanları ilə görüşün yekununda gümüş medala yiyələniblər. Qızlar arasında U-15 kateqoriyasında 40 metr məsafədə komanda yarışında güclərini sınayan Selcan Məmmədli və Sona Rüstəmli isə gürcüstanlı rəqiblərinə qalib gələrək bürünc medalı ölkəmizə qazandırıblar.

Previous Post

“Fənərbaxça” və “Qalatasaray”ın rəqibləri bəlli oldu

Next Post

Alzheimer xəstəliyinin aşkarlanması asanlaşır

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.