Londonda 48 yaşlı xəstənin beyin şişi uğurla çıxarılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu süni intellekt dəstəyi ilə həyata keçirilən ilk uğurlu əməliyyat kimi təqdim edilib.
Sistem əməliyyat zamanı görüntüləri təhlil edərək damar və sinirləri müəyyənləşdirib. Bu məlumatlar cərrahlara təhlükəli bölgələrdən yayınmağa kömək edib. Əməliyyatdan sonra xəstənin görmə qabiliyyəti xeyli yaxşılaşıb.
//Nəzər.Media
