“Qarabağ” növbəti futbolçu transferini gerçəkləşdirib.
Bu barədə Ağdam klubu məlumat yayıb.
Polşanın “Qurnik” (Zabje) klubu ilə danışıqlar uğurla nəticələndikdən sonra Taofik İsmahil Azərbaycan təmsilçisinə keçib.
26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyalı forvard komandada 19 nömrəli forma ilə çıxış edəcək.
Norveçdə “Şeyd”, “Fredrikstad”, “Volerenqa”, Fransada “Loryan”, Belçikada “Beveren”də çıxış edən hücumçu 2024-cü ildə “Qurnik”ə keçib. Nigeriyalı futbolçu “Lex”də də forma geyinib.
//milli.az
