Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə sazişi çərçivəsində ilk görüş bu gün İstanbulda keçiriləcək. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşdə üç ölkənin xarici işlər və müdafiə nazirləri iştirak edəcək.
Tərəflər regional təhlükəsizlik və sabitliyi müzakirə edəcəklər. Saziş avqustun 7-də Məkkədə imzalanıb. Sazişə əsasən, tərəflərdən birinə edilən hücum bütün tərəflərə qarşı hücum sayılacaq.
//Nəzər.Media
