Yaponiyada aparılan araşdırmada 100 yaşdan yuxarı insanların immun sistemində xərçənglə mübarizə aparan hüceyrələrin artdığı müəyyən edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, 100 yaşlılarda bu hüceyrələrin payı 9,6 faiz olub.
110 yaşdan yuxarı insanlarda isə göstərici 17,6 faizə çatıb. Alimlər hesab edir ki, yaş artdıqca orqanizm xərçəngə qarşı bu hüceyrələri daha çox istehsal edir. Bu mexanizmin uzunömürlü insanlarda xəstəliklərə qarşı müdafiədə rol oynadığı düşünülür.
//Nəzər.Media
