ABŞ Prezidenti Donald Tramp İranın cavabından hamının, o cümlədən özünün təəccübləndiyini deyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bildirib.
O, İranın nüvə silahı əldə edəcəyi halda İsrailə hücum edəcəyini iddia edib. Tramp bunun ardınca Avropa və ABŞ-ın da hədəfə çevriləcəyini söyləyib. O, ABŞ-ın İrana qarşı dəniz mühasirəsi və iqtisadi təzyiqlərinin nəticə verdiyini vurğulayıb.
//Nəzər.Media
