ABŞ İranın Hörmüz boğazı yaxınlığındakı Lark adasına zərbə endirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İran buna cavab olaraq İordaniyadakı iki ABŞ hərbi bazasına ballistik raketlərlə hücum etdiyini açıqlayıb.
İran həmçinin Hörmüz boğazı üzərində ABŞ-a məxsus “MQ-9 Reaper” pilotsuz uçuş aparatını vurduğunu bildirib. İordaniya isə ərazisinə atılan 8 raketin hava hücumundan müdafiə sistemləri ilə məhv edildiyini açıqlayıb. İran rəsmiləri ABŞ-a daha ağır cavab veriləcəyini bildirərək Vaşinqtona xəbərdarlıq edib.
//Nəzər.Media
