İordaniya ordusu ölkənin hava məkanına daxil olan 8 raketin qarşısının alındığını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemləri raketlərə qarşı işə salınıb.
İordaniya bunun İranın cavab hücumları olduğunu təsdiqləyib. İran daha əvvəl İordaniyadakı ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücum etdiyini bildirmişdi. Raketlərin İordaniyada hər hansı dağıntıya səbəb olub-olmadığı açıqlanmayıb.
//Nəzər.Media
