Kiprdə gəmi qəzası olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Girnədən Mersinə gedən sərnişin gəmisi qəzaya uğrayaraq batıb.
Hadisə zamanı gəmidə 267 nəfər olub.Hadisə nəticəsində 8 nəfər ölüb. 18 nəfərin taleyindən isə hələ xəbər yoxdu. Hadisədən sonra Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin xilasediciləri axtarışlara qoşulub. Onların səyi nəticəsində 241 nəfər xilas edilib. Hadisədən sonra gəmi kapitanı və 7 əməkdaş saxlanılıb. Gəminin batma səbəbləri araşdırılır.
//Nəzər.Media
