Norveçdə 18 yaşlı Yohannes Natland ailəsinə futbol oynamağa getdiyini deyərək evdən çıxıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, dörd gün sonra o, İngiltərədə iki silah və 2 min funtla saxlanılıb.
Məhkəmə onun sosial şəbəkə vasitəsilə cinayətkar dəstə tərəfindən işə cəlb edildiyini müəyyənləşdirib. Gəncə İngiltərədə bir nəfəri öldürməsi üçün 21 min funt vəd edildiyi bildirilib. Natland cinayət törətmək məqsədilə razılaşmaqda təqsirli bilinib.
//Nəzər.Media
