Tunisdə 56 deputat növbədənkənar parlament iclasının keçirilməsini istəyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, deputatlar ölkənin iqtisadi və sosial vəziyyətinin müzakirəsini tələb ediblər.
İclasda elektrik və içməli su çatışmazlığının da müzakirəsi planlaşdırılır. Deputatlar hökumət üzvlərinin parlamentdə hesabat verməsini istəyiblər. İclasın keçirilməsi üçün tələb olunan deputat sayının toplandığı bildirilib.
//Nəzər.Media
