Məşhur aktrisa Tuba Ünsal tətil üçün Bodrumdan Çeşməyə gedib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Ünsal ötən gün rəfiqəsi ilə çimərlikdə görüntülənib.
İkili dənizdə uzun müddət söhbət edib. Daha sonra onlar sudan çıxaraq duş qəbul etməyə gediblər. Ünsalın Çeşmədə istirahətinə davam etdiyi bildirilib.


//Nəzər.Media
