Nepalda daşqın səbəbi ilə ölənlərin sayı artdı. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, fəlakət nəticəsində ölənlərin sayı 903-ə yüksəlib.
Daha 4 247 nəfər itkin düşüb.Daşqından ziyan görən 10 451 nəfər isə xilas edilib. İtkinlər arasında hidroelektrik layihələrində çalışan ən azı 933 işçinin olduğu bildirilib. Mütəxəssislər selin buzlaq parçalarının yaratdığı uçqun nəticəsində baş verdiyini ehtimal edirlər.
//Nəzər.Media
