Honq Konq bayraqlı “Golden Sapling” tankeri Qara dənizdə PUA hücumuna məruz qalıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücum nəticəsində zədələnən tanker Samsunun Alaçam rayonunda sahilə çıxıb.
Gəmidəki 21 heyət üzvü başqa gəmiyə köçürülüb. Heyət gəmini tərk etdikdən sonra tanker güclü hava şəraitinin təsiri ilə Türkiyə sahillərinə sürüklənib. Hadisə yerində araşdırma aparılır və tankerin necə çıxarılacağı müəyyənləşdiriləcək.
//Nəzər.Media
