Almaniya hökuməti Leypsiq-Halle hava limanında tapılan partlayıcı yüklü PUA ilə bağlı Rusiyanı günahlandırıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Daxili işlər naziri Aleksandr Dobrindt hücum cəhdinin Rusiyanın göstərişi ilə həyata keçirildiyini bildirib.
Bundan sonra Berlin Rusiyanın Bonn şəhərindəki baş konsulluğunu bağlamaq qərarı verib. Almaniya həmçinin Berlindəki Rusiya Evində müqaviləni ləğv edəcək və Rusiya vətəndaşları üçün giriş nəzarətini sərtləşdirəcək. NATO və Fransa Almaniyanın Rusiyaya qarşı tədbirlərini dəstəkləyib.
//Nəzər.Media
