ABŞ İran ərazisinə yeni hücum başladığını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücumdan sonra İranın cənubunda bir sıra ərazilərdə partlayış səsləri eşidilib.
İran ordusu ABŞ-ın İordaniya və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdiyini bildirib. ABŞ Mərkəzi Komandanlığı İran İnqilab Keşikçilərinə qarşı hücum dalğasının başa çatdığını açıqlayıb. Tərəflər arasında qarşılıqlı zərbələr bölgədə gərginliyi daha da artırıb.
//Nəzər.Media
