İran ABŞ-yə yeni hücumlarla bağlı xəbərdarlıq edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücumlar ABŞ-nin neft və təbii qaz şirkətlərinə yönələ bilər.
Bu şirkətlərin mümkün hücumların əsas hədəfləri arasında olduğu qeyd edilib. İran tərəfi ABŞ-nin enerji obyektlərinə qarşı addımlar atacağını bildirib. Xəbərdarlıq bölgədə gərginliyin daha da artması ilə bağlı narahatlıq yaradıb.
//Nəzər.Media
