Kayseridəki Mustafa Özkan Anadolu Liseyinin şagirdləri ədəbiyyat dərgisini İspaniyanın Baş naziri Pedro Sançesə göndərib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, şagirdlər həmçinin Sançesi məktəbə dəvət ediblər.
Dərgini alan Sançes məktəbə imzalı təşəkkür məktubu göndərib. O, dərgini maraqla oxuduğunu və bəyəndiyini bildirib. Sançes sıx iş qrafikinə görə məktəbi ziyarət edə bilməyəcəyini qeyd edib.
//Nəzər.Media
