ABŞ ordusu Sakit okeanın şərqində narkotik daşıdığı bildirilən qayığa zərbə endirib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, əməliyyat zamanı üç nəfər həlak olub.
ABŞ tərəfi qayığın narkotik daşınmasında istifadə edildiyini bildirib. Hadisə zamanı qayığın məhv edildiyi açıqlanıb. ABŞ rəsmiləri əməliyyatla bağlı araşdırmanın davam etdiyini bildiriblər.
//Nəzər.Media
