Kiprli Rum lider Nikos Hristodulidis Misirdə Türk Yıldızlarının çıxışını izləyib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Hristodulidis Misirin Əl-Alameyn şəhərində olub.
Hristodulidis burada Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birlikdə nümayiş uçuşunu izləyib. Türk Yıldızları Misir piramidaları üzərində uçuş keçirib. Həmin görüntülər tədbirdə diqqət çəkən məqamlardan biri olub.
//Nəzər.Media
