Parisə lüks otelin yeddinci mərtəbəsindəki otaqdan təxminən 1 milyon avro dəyərində əşya oğurlanıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, iki oğru otağa binanın kənarı ilə qalxaraq daxil olub.
Onlar qiymətli zinət əşyaları və saatları götürərək hadisə yerindən qaçıblar. Polis iki şübhəlini hələ müəyyənləşdirə bilməyib. Oğurlanan əşyaların ümumi dəyərinin təxminən 1 milyon avro olduğu bildirilir.
//Nəzər.Media
