Britaniyanın keçmiş xüsusi təyinatlı hərbçilərinin ruslara təlim keçdiyi iddia olunur. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə sızdırılmış kəşfiyyat hesabatında məlumat verilib.
Hesabatda rusiyalı hərbçilərin Bolqarıstan və Serbiyadakı düşərgələrdə hazırlandığı bildirilir. Təlimlərdə Britaniya və digər Qərb ölkələrindən olan keçmiş hərbçilərin iştirak etdiyi qeyd olunur. Məlumatın Rusiya ilə əlaqəli düşərgələrdə aparılan fəaliyyətlə bağlı ciddi narahatlıq yaratdığı vurğulanıb.
//Nəzər.Media
