Pakistan “Məkkə İttifaqı”na yeni ölkələrin qoşulması məsələsinə münasibət bildirib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, İslamabad ittifaqın genişlənməsi ilə bağlı hazırda konkret plan olmadığını açıqlayıb.
Pakistanla Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlıq sazişi qüvvədədir. Tərəflər bu əməkdaşlığın iki ölkə ilə məhdud olduğunu bildiriblər. İttifaqın gələcəkdə genişləndirilib-genişləndirilməyəcəyi isə hələlik bəlli deyil.
//Nəzər.Media
