Ukrayna Rusiyanın dərinliklərinə 3 min kilometr məsafədən zərbə endirib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hücumda 3 min kilometr mənzilli FP-5 “Flamingo” raketindən istifadə edilib.
Bu, raketin ilk dəfə döyüşdə tətbiqi kimi qiymətləndirilir. Raketin uzaq məsafədə yerləşən hədəflərə çatdığı bildirilir. Hücum Ukraynanın uzaqmənzilli silah imkanlarını artırdığını göstərir.
//Nəzər.Media
