Cənubi Sudanda mülki əhalinin həyatı ciddi təhlükə ilə üzləşib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, ölkədə qarşıdurmaların yenidən artması narahatlıq yaradıb.
Xüsusilə bəzi bölgələrdə mülki insanlar risk altındadır. Döyüşlər səbəbindən çox sayda insan evlərini tərk etmək məcburiyyətində qalıb. Beynəlxalq təşkilatlar tərəfləri mülki əhalini qorumağa çağırıb.
//Nəzər.Media
