Berlin SPD-nin baş nazirliyə namizədi Steffen Krach barəsində araşdırma başlanıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Krach rüşvət almaqda şübhəli bilinir.
Araşdırma Hannoverdəki fəaliyyəti ilə bağlıdır. İstintaq bir şirkət rəhbərinin SPD-yə etdiyi 9 900 avroluq ianəni də araşdırır. Krach ittihamları rədd edib və günahsız olduğunu bildirib.
//Nəzər.Media
